NAXCIVANIN TARiXi

Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq - Ptolomeyin (II əsr) əsərləridir. O, Naxçıvanın adını "Naxsuana" kimi qeyd edir. Orta əsrlərin ərəb mənbələrində şəhərin adı "Nəşava" kimi yazılır, amma Məhəmməd Naxçıvani,Həmdullah QəzviniKatib ÇələbiÖvliya Çələbi və s. məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə "Nəqşi-Cahan" adlandırılır ("Dünyanın Bəzəyi"). Erkən orta əsrlərdə Naxçıvanın Kiçik AsiyaYaxın Şərq vəGüney Qafqaz ölkələri ilə sıx əlaqələri olmuşdur.

Başqa bir mənbədə isə şəhərin adının Nəxçir sözündən yaranması Sasani şahlarından Bəhramın ləqəbi ilə əlaqələndirilir. Guya şəhər Bəhram tərəfindən salınmışdır. "Naxçirov" ovusevən, ov edilən yer və qənimət mənasını daşıyır. Bir qrup tədqiqatçıların ehtimalına görə, Naxçıvan sözü ərazidə yaşamış qədim tayfaların adı ilə bağlı etnotoponimdir. Məşhur tarixçi Maisey Xorenski Qafqazda yaşamış qəbilələrdən bəhs edərək, Naxçamasen qəbiləsinin də adını çəkmişdir.

Ümumiyyətlə, bu barədə mülahizələr, fikirlər çoxdur. Lakin maraq doğuran "van" sözü - məkan, ev, yaşayış yeri mənasını verir. Tarixçi Yampolskinin fikrincə, "van" sözü Midiya dilində olub qədim Azərbaycan qəbilələrinin yaşadıqları yer mənasını verir. [3]

[redaktə / تحریر]Tarixi

Naxçıvan şəhərinin ilk təşəkkül tarixi uzun müddət elm aləmində sirli qalsa da, bəzi yazılı mənbələr bu şəhərin Sasanilər hakimiyyəti dövrünə, orta əsr tarixçisi Maisey Xorenskinin fikrinə görə, eramızdan əvvəl 6-cı əsrə təsadüf etdiyi, ərəb-fars tarixçiləri və coğrafiyaşünaslarına görə isə eramızın 6-cı əsrində Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan, Bəhram Çubin tərəfindən inşa edildiyi göstərilir. Türk səyyahı Övliya Çələbiisə Naxçıvan şəhərinin yaranması tarixini Turanın əfsanəvi hökmdarı Əfrasiyabla əlaqələndirmişdir.

Bizim eranın I əsrinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında "nifaq alması"na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının - SacilərSalarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər dövlətinin baş şəhərlərindən biri sayılmışdır.

XII əsrdə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı - məşhur Naxçıvan memarlıq məktəbi burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta əsrlərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə "20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar" olduğundan xəbər verir. [4]

Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Övliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.

XV-XVI əsrlərdə Naxçıvan Azərbaycanı idarə edən QaraqoyunluAğqoyunlu, ardınca isə Səfəvi şah sülalələrinin tabeliyində idi. XVII əsrdə diyar Çuxursəəd Bəylərbəyliyinin tərkibinə daxil edilmişdi və hərbçi Gəngərli türk tayfasının başçıları tərəfindən idarə olunurdu. XVIII əsrdə burada Naxçıvan xanlığı yaradılmışdır. Xanlığın ərazisi 1828-ci il Türkmənçay müqaviləsinə görə, Rusiyaya birləşdirildi, sonralar Rusiyanın eyniadlı qəzasına (uyezd) çevrildi. 1924-cü ildə Naxçıvan şəhəri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı elan olundu.


AZERBAYCAN
 


Messi'mi?,Ronaldo'mu?
messi 100%
ronaldo 0%
10 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol